Məşhur yarışda 19 avtomobilin iştirakı ilə qəza - VİDEO

ABŞ-ın Daytona şəhərində keçirilmiş NASCAR avtomobil yarışının növbəti mərhələsinin qalibi "Chevrolet" pilotu Castin Heyli olub. 

AutoCity.az-ın məlumatına görə, 20 yaşlı sürücü karyerasında üçüncü belə nailiyyətinə imza atıb. Yarışı ilk 4 pillədə "Chevrolet" pilotları başa vurub. Bunlar Uilyam Bayron, Cimmi Conson və Tay Dillondur. 

Yarış zamanı 19 avtomobilin iştirakı ilə böyük yol qəzası baş verib. Bundan əlavə, təşkilatçılar güclü yağış üzündən vaxtı azaltmalı olublar. 

Ümumi hesabda Kayl Buş liderdir. İkinci yeri Coui Loqano tutur. "Üçlüy"ü Kiçik Martin Trueks qapayır.  

RƏY BİLDİRİN